İsrail Suriya ərazisinə hava zərbəsi endirdi

İsrail Suriya ərazisinə hava zərbəsi endirdi İsrail hərbi təyyarələri Suriya ərazisinə hava zərbəsi endirib.

Tehsil-press.az-ın verdiyi məlumata görə, hücum nəticəsində 4 İŞİD silahlısı məhv edilib.
İsrail müdafiə ordusunun nümayəndəsi Piter Lerner bildirib ki, İsrail cavab olaraq Suriya ərazisinə zərbələr endirib. O, bundan əvvəl İsrail patrulunun Holan yüksəkliklərindən pulemyot və qumbaraatanlardan atəşə tutulduğunu bildirib.
“İsrail hərbçiləri arasında ölən və yaralanan yoxdur”, - deyə P.Lerner vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər