Türkiyə prezidenti Yunanıstanın baş naziri ilə Kipr məsələsini müzakirə edib

Türkiyə prezidenti Yunanıstanın baş naziri ilə Kipr məsələsini müzakirə edib Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın baş naziri Aleksis Tsipras arasında telefon danışığı olub.

Tehsil-press.az-ın verdiyi məlumata görə, Ərdoğan və Tsipras Kipr məsələsini müzakirə ediblər.
Telefon danışığı zamanı Rəcəb Tayyib Ərdoğan və Aleksis Tsipras Cenevrədəki müzakirələrdə müsbət nəticə əldə olunması üçün tərəflərin konstruktiv yanaşmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, bu gün Cenevrədə Kipr problemi üzrə yunan icmasının lideri Nikos Anastasiadisin və Şimali Kiprin prezidenti Mustafa Akıncının iştirakı ilə danışıqlar başlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər