1,4 milyard əhalisi olan Çində ötən il 7 milyondan da az rəsmi nikah olub.
Bu barədə Çin Xalq Respublikasının Mülki İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ölkədə nikahların sayı durmadan azalır. Bu rəqəm 37 il ərzində rekord aşağı göstəricidir.
Həmçinin 2022-ci ildə boşanmaların sayı 2 milyonu keçib.
Qeyd edək ki, müasir Çin ciddi demoqrafik problemlərlə üzləşir. Ölkədə gender balanssızlığı var. 1970-ci illərdə tətbiq edilən tək uşaq siyasəti səbəbindən ölkə əhalisi qocalır.
Keçən il ölkədə yaşı 26-dan aşağı olan minlərlə vətəndaş arasında aparılan sorğu göstərib ki, respondentlərin 25%-i gələcəkdə evlənəcəklərinə şübhə ilə yanaşır, 9%-i, ümumiyyətlə, ailə həyatı qurmağı planlaşdırmır. Gənclər karyera, şəxsi mənzil sahibi olmaq və digər məsələlərlə məşğuldurlar.
Çinli qadınların evlənmək istəyi kişilərdən daha aşağıdır. Sorğuda iştirak edənlərin üçdəbirindən çoxu deyib ki, stresli təhsil və iş səbəbindən onların romantik münasibətlər üçün sadəcə vaxt və enerjiləri yoxdur.
Yeri gəlmişkən ötən il Çinin əhalisi son 60 ildə ilk dəfə azalaraq 1,4 milyard nəfər təşkil edib.
Tehsil-press.az