ABŞ əhalisi miqrantların hesabına bir il ərzində 1,2 milyon nəfər artıb

ABŞ əhalisi miqrantların hesabına bir il ərzində 1,2 milyon nəfər artıb Bu il Amerika Birləşmiş Ştatlarının əhalisi 1,2 milyon nəfər artaraq 333,2 milyon nəfər təşkil edib.
Bu barədə ABŞ-ın Siyahıyaalma Bürosunun məlumatında deyilir.
Məlumatda qeyd edilir ki, artım əsasən digər ölkələrdən miqrasiya hesabına baş verib. Bir il ərzində 1 milyondan çox insan ABŞ-a köçüb. Bu rəqəm 2021-ci illə müqayisədə 168 faiz artıb. Belə ki, ötən il bu göstərici 376 min nəfər təşkil edib.
Siyahıyaalma Bürosu əlavə edib ki, 2007-ci ildən bəri ilk dəfə 2022-ci ildə ölkədə doğulanların ümumi sayı artıb.
Ümumilikdə ABŞ əhalisinin illik artım tempi 0,4 faiz təşkil edib.

Tehsil-press.az



Oxşar xəbərlər