Lisey və gimnaziyalara qəbul imtahanları keçirilib

Lisey və gimnaziyalara qəbul imtahanları keçirilib Bir sıra lisey və gimnaziyaların 6 və 7-ci siniflərinə mərkəzləşdirilmiş qaydada qəbul imtahanları keçirilib. Şagirdlər iyunun 21-dən sy.edu.az platformasına daxil olmaqla şəxsi kabinetlərindən nəticələrini əldə edə bilərlər. Müvafiq keçid balı toplanıldığı təqdirdə lisey və ya gimnaziya seçimi etmək mümkündür.
Qeyd edək ki, imtahanlar Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, Gəncə, Mingəçevir, Şəki, Şirvan, Ağdaş, Ağstafa, Lənkəran, Biləsuvar, Şəmkir, Quba, Şamaxı, Qobustan və Oğuz üzrə ümumilikdə 35 mərkəzdə təşkil edilib.

Tehsil-press.az



Oxşar xəbərlər