Ukraynada “Azərbaycan dili və ədəbiyyatı, tərcümə” proqramı üzrə tədris üçün növbəti qəbul elan olunub

Ukraynada “Azərbaycan dili və ədəbiyyatı, tərcümə” proqramı üzrə tədris üçün növbəti qəbul elan olunub Kiyev Milli Linqvistika Universitetinin (KMLU) şərq və slavyan filologiyası fakültəsində “Azərbaycan dili və ədəbiyyatı, tərcümə, ikinci Şərq dili, Qərbi Avropa dili” tədris-peşəkar proqramı üzrə tədris üçün növbəti qəbul elan olunub.
Bu barədə universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, filologiya elmləri namizədi Anastasiya Pojar xəbər verib. Onun sözlərinə görə, bu, Azərbaycan dili, ədəbiyyatı və tərcümə sahəsində tədrisə ikinci qəbuldur. Bu ixtisasa birinci qəbul 2019-cu ildə keçirilib.
Hazırda KMLU-da Azərbaycan dilini dördüncü kursun 4 tələbəsi (birinci xarici dil kimi) və ikinci kursun 10 tələbəsi (ikinci Şərq dili kimi) öyrənir.
“Məqsədimiz Azərbaycan dili tədris olunan qruplarda oxuyan tələbələrin sayını artırmaqdır”, - deyə Anastasiya Pojar əlavə edib.
Qeyd edək ki, Kiyev Milli Linqvistika Universiteti Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universiteti ilə təhsil, elm, mədəniyyət və tədris sferasında layihələrin icrası ilə bağlı əməkdaşlıq edir.
2013-cü ildən bəri isə KMLU-da Heydər Əliyev adına Azərbaycan dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. Mərkəz SOCAR-ın Ukraynadakı nümayəndəliyinin köməyilə açılıb.

Tehsil-press.az


Oxşar xəbərlər