Müəllimlərin işə qəbulu imtahanlarında BDU-nun 1133 məzunu müəllim adını qazanıb

Müəllimlərin işə qəbulu imtahanlarında BDU-nun 1133 məzunu müəllim adını qazanıb 2021-2022-ci tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinin nəticəsinə əsasən, bu il Bakı Dövlət Universitetini (BDU) pedaqoji ixtisaslar üzrə bitirən 1133 məzun məktəblərdə müəllim vəzifəsinə işə qəbul olunub.
Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmiş BDU-nun və Qazax filialının biologiya, biologiya müəllimliyi, biokimya, fizika, fizika müəllimliyi, kimya, kimya müəllimliyi, neft kimyası, coğrafiya, coğrafiya müəllimliyi, tarix, tarix müəllimliyi, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, alman dili müəllimliyi, fransız dili müəllimliyi, rus dili və ədəbiyyatı, fars dili və ədəbiyyatı, filologiya, ədəbiyyatşünaslıq (ədəbi tənqidin nəzəriyyəsi və tarixi), riyaziyyat, riyaziyyat müəllimliyi, informatika müəllimliyi, informatika, tətbiqi riyaziyyat, kompüter elmləri, mexanika-riyaziyyat, ibtidai sinif müəllimliyi ixtisaslarından olan məzunlarının nəticələri yüksəkdir.

Tehsil-press.az


Oxşar xəbərlər