Bakı Avrasiya Universiteti dövlət sifarişli və ödənişli qəbul plan yerlərini açıqlayıb

Bakı Avrasiya Universiteti dövlət sifarişli və ödənişli qəbul plan yerlərini açıqlayıb Bakı Avrasiya Universiteti (BAAU) tərəfindən 2018/2019-cu tədris ili üçün dövlət sifarişli və ödənişli qəbul plan yerləri açıqlanıb.
Bu barədə AZƏRTAC-a BAAU-nun mətbuat xidmətinin rəhbəri Şəfayət Avılbəyli məlumat verib. O qeyd edib ki, universitetin əyani və qiyabi təhsil sistemi üzrə qəbul aparılacaq ixtisasların illik təhsil haqları əyani tələbələr üçün 1600-1700 manat, qiyabi tələbələr üçün 1300 manat təşkil edəcək. Abituriyentlər universitetdə oxuduqları zaman bir çox təhsil güzəştlərindən də yararlanacaqlar. Güzəştlərə əla oxuyan tələbələrin təhsil xərclərindən azad olunması, xarici ölkələrdə təhsil almaq şansı və məzunların işlə təminatı daxildir. Ş.Avılbəyli bildirib ki, BAAU-nun ötənilki qəbul planı tam dolduğundan builki plan yerləri artırılıb. Ötən il 12 ixtisas üzrə qəbul aparılmışdısa, bu il 16 ixtisas üzrə 685 abituriyent qəbul ediləcək. Eyni zamanda, bir neçə ixtisas üzrə universitet qiyabi tələbə qəbul etmək imkanı qazanıb.
Universitet bu il 3-cü qrup üzrə filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə əyani və qiyabi şöbəsinə 90, filologiya (türk dili və ədəbiyyatı) ixtisasına 25, ingilis dili və ədəbiyyatı ixtisasına 55, tərcümə (ingilis dili) ixtisasına 90, tərcümə (alman, fransız və ərəb dilləri) ixtisasına 75 abituriyent qəbul edəcək. Həmçinin 2-ci qrup regionşünaslıq (ABŞ və Kanada) üzrə 65, regionşünaslıq (Yaxın və Orta Şərq) üzrə 25, regionşünaslıq (Avropa) üzrə 65, beynəlxalq münasibətlər ixtisası üzrə 25, iqtisadiyyat üzrə 55, marketinq və biznesin idarə edilməsi ixtisasları üzrə 55 abituriyentin qəbulu nəzərdə tutulub.
Bakı Avrasiya Universiteti 1-ci qrup üzrə sadəcə bir ixtisasa tələbə qəbul edəcək. İnformasiya texnologiyaları adlanan bu ixtisası 25 abituriyent seçə biləcək.
Universitetdə yaradılmış şəraitlə bağlı videoçarxı https://www.youtube.com/watch?v=s9Vv5vxBMjc&feature=youtu.be linkində izləmək mümkündür.

Mətbuat Xidməti

Oxşar xəbərlər