Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinə 14 ixtisas üzrə tələbə qəbulu aparılır.
Fakültədə Ərəb filologiyası, İran filologiyası, Türk filologiyası, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedraları fəaliyyət göstərir. Şərq ölkələri üzrə olan ixtisaslaşmalarda təhsil alan tələbələr kompleks sahələr ilə tanış olur və biri əsas, digəri əlavə olmaqla minimum iki dilə yiyələnirlər. Fakültənin müxtəlif ixtisaslarından məzun olan tələbələr hər il öz sahələri üzrə uyğun olaraq təhsillərini ərəb ölkələrində, Türkiyə, İsrail, Pakistan, Yaponiya, Çin və Koreya universitetlərində davam etdirə bilirlər.
Hər kafedrada müvafiq elmlərin müasir və aktual problemlərini əhatə etməklə bir neçə istiqamət üzrə elmi tədqiqatlar aparılır. Fakültədə ixtisaslar regionşünaslıq (Şərq ölkələri üzrə), filologiya (Şərq dili və ədəbiyyatı) və tərcümə (ərəb və fars dilləri üzrə) istiqamətlərini əhatə edir.
Regionşünaslıq (ərəb ölkələri, İran, Türkiyə, İsrail, Pakistan, Yaponiya, Çin, Koreya üzrə) ixtisasının məzunlarına müvafiq dövlət qurumlarında, səfirliklərdə, beynəlxalq təşkilatlarda ehtiyac olur.
Filologiya (ərəb, fars, türk dili və ədəbiyyatı üzrə) ixtisasının məzunları həmin dillərin tədrisi ilə əlaqədar müəllim, tərcüməçi və dövlət strukturlarında müvafiq vəzifələrdə çalışa bilərlər.
Tərcümə (ərəb və fars dilləri üzrə) ixtisasının məzunları dövlət strukturlarının xarici əlaqələr şöbəsində, tərcümə və turizm sahələrində çalışa bilərlər.
Fakültədə tədris Azərbaycan və rus dillərində aparılır.
Tehsil-press.az