BDU-da “İkinci dili mənimsəmə qanunauyğunluqları” mövzusunda elmi seminar

BDU-da “İkinci dili mənimsəmə qanunauyğunluqları” mövzusunda elmi seminar Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Rus dili (humanitar fakültələr üzrə) kafedrasının təşkilatçılığı ilə növbəti elmi seminar keçirilib. Seminar “İkinci dili mənimsəmə qanunauyğunluqları” mövzusuna həsr olunub.
Seminarda Rus dili (humanitar fakültələr üzrə) kafedrasının müdiri Tahir Əliyevin mövzu üzrə məruzəsi dinlənilib. O, müasir linqvodidaktikada baş verən dəyişiklikləri, tədris prosesinin intensivləşdirilməsi yollarını, xarici dillərin tədrisində ortaya çıxan problemləri izah edib. Bu istiqamətdə qarşıda dayanan əsas vəzifələrdən söz açılıb.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.
Tədbirdə Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini Mehriban Əlizadə, Rus dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri Mikayıl Cəfərov, Alman və fransız dilləri kafedrasının müdiri Elmira Fərəcullayeva, fakültənin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər