Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb

Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb Təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilib.
Test imtahanı mərhələsi 13 şəhər üzrə 23 mərkəzdə təşkil olunub.
Bu gün 2059 nəfər ibtidai sinif müəllimi test imtahanı mərhələsinə cəlb olunub.
Qeyd edək ki, iyunun 20-23-də ölkə üzrə 20 minə yaxın təhsilverən ibtidai sinif, iyunun 24-də isə 8 500-dən çox təhsilverən Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanı mərhələsinə cəlb ediləcək.
Ümumilikdə sertifikatlaşdırma prosesinin ilk mərhələsinə 28 mindən çox müəllim dəvət olunub.

Tehsil-press.az



Oxşar xəbərlər