Sabahdan dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma imtahanlarının test mərhələsi başlayır.
Bu mərhələdə 34 minə yaxın müəllimin iştirakı planlaşdırılır. Onlar barədə məlumatlar sistemə yüklənib.
Test imtahanı iyunun 24-dək davam edəcək. Avqust ayının sonunda müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi bu ilin sentyabr ayının 15-dək 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakını “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv edib. Həmin müəllimlərin 20-24 iyunda keçiriləcək test imtahanlarında iştirakı nəzərdə tutulmur.
Tehsil-press.az