Parisdə dəhşətli partlayış: 37 yaralı var - Video

Parisdə dəhşətli partlayış: 37 yaralı var - Video Fransanın paytaxtı Parisdə Amerika Akademiyası dizayn məktəbində güclü partlayış olub.
Yerli polis bildirib ki, partlayışdan sonra binalardan birinin fasadı uçub, yanğın başlayıb.
İlkin məlumatlara görə, 16 nəfər yaralanıb, 7-sinin vəziyyəti ağırdır.
Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.
***
Baş verən partlayışda yaralananların sayı 37 nəfərə çatıb.
Bu barədə Fransa daxili işlər naziri Jerald Darmanen deyib.
O, xəstəxanaya yerləşdirilənlərdən 4-nün vəziyyətinin ağırlaşdığını bildirib.
Nazir əlavə edib ki, itkin düşən 2 nəfər hələ də tapılmayıb.



Tehsil-press.az



Oxşar xəbərlər