İnəyə spirtli içki verdiyi üçün həbs olundu

İnəyə spirtli içki verdiyi üçün həbs olundu Mersində inəyə içki verilməsi görüntülərini sosial media hesabında paylaşan ferma işçisinin narkotik saxlamaq maddəsi ilə 1 il 8 ay həbs cəzasıyla axtarışda olduğu məlum olub. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində o həbs edilib. İnəyə içki verilməsi görüntüləri sosial mediada böyük əks reaksiya ilə qarşılanıb. Görüntülərdə inəyə verilən içki butulkasının heyvanın ağzına zorla yeridildiyi açıq görünür.
Polislər həmin şəxsə cəzasından əlavə, “Heyvanların Mühafizəsi Qanunu” çərçivəsində lazımlı səbəb olmadan bir canlıya spirt və ya alkoqollu maddə yedizdirməyə və ya içirtməyə görə 4 min 554 lirə inzibati cərimə kəsiblər. Sosial mediada Qurban bayramı öncəsi inəyə məcburi spirtli içki verilməsindən sonra qısa müddət ərzində yayılan görüntülər çox pis reaksiyalara səbəb olub. İlçe Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Müdirliyi görüntülərin qeydə alındığı təsərrüfatda araşdırmalara başlayıblar.

Tehsil-press.az




Oxşar xəbərlər