Avtomobildə gizlədilən siqaret, spirtli içki və aksesuarlar aşkarlandı

Avtomobildə gizlədilən siqaret, spirtli içki və aksesuarlar aşkarlandı Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Mercedes Benz C180" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.
Şifahi sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin yük yerində və salonunda 16 800 ədəd müxtəlif markalı siqaret, 8 ədəd 1 litrlik "Nemirovskaya" markalı spirtli içki, hər birində 10 ədəd olmaqla 27 qutu üzərində "Glass Products" yazılan telefon aksessuarları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər