Mədə əməliyyatından sonra xərçəngə tutulmuşdu, dua istədi - Video

Mədə əməliyyatından sonra xərçəngə tutulmuşdu, dua istədi - Video Türkiyənin tanınmış oriental rəqqasəsi Tanyeli bir müddətdir ki, xərçəngdən əziyyət çəkir.
Ölkəni tərk edərək xaricə köçən 52 yaşlı Tanyeli mədə əməliyyatından sonra itirdiyi çəki ilə tez-tez gündəmə gəlmişdi. Əsl adı Öznur Kral olan rəqqasə əməliyyatdan sonra 99 kq-dan 60-a düşərək hər kəsi təəccübləndirmişdi. O, əməliyyatla istədiyi görüntüyə nail olsa da, səhhətində yaranan problemlər səbəbindən xəstəxanaya müraciət edərkən mədəaltı vəzi xərçəngi olduğunu öyrənib.
Bu gün isə Tanyeli xəstəxanada çəkdiyi videonu sosial şəbəkə hesabında paylaşaraq sevənlərinə müraciət edib. Sənətçi dostlarından və onu sevənlərdən dua etmələrini xahiş edib.
Qeyd edək ki, Tanyeli 2014-cü ildə bursalı iş adamı İlker Sünneli ilə ailə qurub.



Tehsil-press.az


Oxşar xəbərlər