Pakistan-Əfqanıstan sərhədi yaxınlığında toqquşma baş verib, ölənlər var

Pakistan-Əfqanıstan sərhədi yaxınlığında toqquşma baş verib, ölənlər var Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatının döyüşçüləri ilə Pakistan sərhədçiləri arasında toqquşma baş verib.
Bu barədə Əfqanıstanın “Hasht-e Subh Daily” qəzeti Paktikadakı mənbələrə istinadən məlumat yayıb.
Qarşıdurmalar bazar günündən bazar ertəsinə keçən gecə başlayıb və günortaya qədər davam edib.
Mənbələrin məlumatına görə, toqquşmalar nəticəsində iki Taliban və beş pakistanlı sərhədçi ölüb, daha dörd Taliban üzvü yaralanıb.
Hadisənin səbəbi açıqlanmayıb. Taliban, eləcə də Pakistan tərəfi hələlik bu məlumatı şərh etməyib.

Tehsil-press.az



Oxşar xəbərlər