Kabildə partlayışlar - Azı 37 ölü, 56 yaralı

Kabildə partlayışlar - Azı 37 ölü, 56 yaralı Kabilin qərb hissəsində yerləşən məktəbin yaxınlığında baş vermiş partlayışlar nəticəsində azı 37 nəfər həyatını itirib, daha 56 nəfər yaralanıb.
Bu barədə “1TV” telekanalı Əfqanıstan Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.
Nazirliyin məlumatına görə, üç partlayış Kabildə qızlar məktəbinin qarşısında baş verib. Ölənlərin çoxu məktəb şagirdləridir.
Əfqanıstan lideri Əşrəf Qani baş verənləri terror aktı adlandırıb və baş verənlərdə radikal “Taliban” hərəkatını günahlandırıb. “1TV”, həmçinin bildirib ki, “Taliban”ın nümayəndələri hücumu pisləyiblər. Baş verənlərə görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməyib.

Tehsil-press.az


Oxşar xəbərlər