“Niyə cəmiyyət müğənninin AYB-yə üzv olmasını, Söyüdlü hadisələrini, şəmkirli iş adamının 250 min dollara müğənni gətirməsini müzakirə edir? Düşünürəm ki, buna səbəb bizim ciddi məsələləri müzakirəyə çıxarmamağımızdır”.
Bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin iclasında bildirib.
“Təhsil naziri dedi ki, dərslər sentyabrın 1-dən başlansın, bu çox ciddi məsələ idi, amma müzakirələr dayandı. Böyük Britaniyanın “World University Ranking” nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet daxil olub. Amma 30 ildir müstəqil olan Azərbaycanın bir universiteti belə bu siyahıya daxil ola bilməyib. Çünki universitetlərimizdə təhsil yoxdur. Təhsil ocağı olması gərəkən yerlər tələbələrin cibinə baxır. Bu məsələlər müzakirə olunmalıdır”, - deyə deputat vurğulayıb.
Tehsil-press.az