Sahil Babayev: Bizim nazirliyin də 6 əməkdaşı “Yüksəliş” müsabiqəsinin finalına yüksəlib

Sahil Babayev: Bizim nazirliyin də 6 əməkdaşı “Yüksəliş” müsabiqəsinin finalına yüksəlib Bugünkü finalçılar artıq qalib sayılır. Uzun, çətin yol gəliblər. İnanıram ki, bu yarışma hər bir iştirakçının həyatına yeni təcrübə qatacaq.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində söyləyib.
“Builki müsabiqə Ulu Öndərə həsr olunub. Heydər Əliyev Azərbaycanda sabitliyin bərqərar olunmasında vacib rol oynayıb. Belə şəxsiyyətlər məsuliyyəti, liderlik bacarığı ilə seçilir və onların fəaliyyəti bu müsabiqənin iştirakçıları üçün örnəkdir.
Bu gün Azərbaycan çox sürətli, dinamik inkişaf dövrünü yaşayır. Sosial, mədəni, idman həyatında hər bir sahədə böyük dəyişikliklər görürük. Təkcə əmək bazarı və sosial sahə üzrə ölkə başçısının sərəncamı ilə 4 böyük islahat paketi həyaya keçirildi.
Hər bir iştirakçını bu yolda davam etməyə, çəkinməməyə, riskləri nəzərə alaraq məsuliyyətli olmağa çağırıram. Bu gün bizim nazirliyin də 6 əməkdaşı finala yüksəlib. Hər bir iştirakçıya uğurlar arzulayıram”, - deyə nazir Sahil Babayev qeyd edib.

Tehsil-press.az



Oxşar xəbərlər