Nazirlik: 134 namizəd Dövlət Proqramına qəbul olub

Nazirlik: 134 namizəd Dövlət Proqramına qəbul olub Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ilinə dair sənəd qəbulu üzrə ilkin nəticələr müəyyən olunub.
Müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 134 namizəd müvafiq seçim qaydalarına dair meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb.
Təqaüd qazanan gənclər sırasında 6 nəfər London Universiteti Kolleci, 3 nəfər Harvard Universiteti, 1 nəfər Massaçusets Texnologiya İnstitutu, 2 nəfər İsveçrə Federal Texnologiya İnstitutu, 2 nəfər London İmperial Kolleci, 3 nəfər Kolumbiya Universiteti, 1 nəfər isə Stanford Universiteti kimi nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində ilkin mərhələdə sənədlərini düzgün şəkildə təqdim edən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Müsabiqə üzrə digər müraciətçilərin nəticələrinin növbəti həftələrdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.
Xatırladaq ki, Dövlət Proqramına 2023-2024-cü tədris ili üzrə sənəd qəbulu iyulun 14-ü saat 23:59-da başa çatacaq.

Tehsil-press.az



Oxşar xəbərlər