Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbulun nəticələri haqqında statistik məlumatları açıqlayıb. Magistraturaya qəbul 71 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub.
Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı istilik energetikası, dəmir yolu nəqliyyatı, dağ-mədən mühəndisliyi, çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması və kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi sahələrinə aid 4, 8, 29, 64, 65 saylı proqramlara ayrılmış plan yerlərinin 50 faizdən çoxu boş qalıb. Bu proqramlar üzrə plan yerlərinin dolmayacağı məlum idi.
Ümumiyyətlə, qəbul proqramlarının bəziləri üzrə qəbul planının bu və ya digər səviyyədə kəsirdə qalacağı əvvəlcədən bəlli idi. Belə ki, imtahan nəticələrinə uyğun olaraq həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərindən az idi.
Tehsil-press.az