“Krım körpüsünə hücumlar davam edəcək” - Ukraynanın müdafiə naziri

“Krım körpüsünə hücumlar davam edəcək” - Ukraynanın müdafiə naziri “Düşməni daha çox sursat, yanacaq, ərzaq və başqa təchizatlardan məhrum etmək üçün onun (Krım körpüsü-red.) logistik xətlərini dağıtmaq normal taktikadır. Buna görə də həmin taktikadan istifadəni davam etdirəcəyik”.
Bu sözləri CNN telekanalına müsahibəsində Ukraynanın müdafiə naziri Oleksi Reznikov Krım körpüsünə yenidən zərbələr endirib-endirməyəcəkləri haqda suala cavabında deyib.
Xatırladaq ki, iyulun 17-nə keçən gecə Ukraynaya məxsus PUA-lar Krım körpüsünə hücum edib. Hadisə nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb.
Bir müddət öncə isə Ukrayna Prezidenti Volodimir Zelenski Krım körpüsünü neytrallaşmalı olan hədəf adlandırmışdı.

Tehsil-press.az


Oxşar xəbərlər