Polkovnik yolunu göstərdi – “Kremli danışıqlara məcbur etmək üçün...”

Polkovnik yolunu göstərdi – “Kremli danışıqlara məcbur etmək üçün...” “İlhaq edilmiş Krımı azad etmək üçün Krım körpüsünü vurmaq və Rusiyanın Qara dəniz donanmasının Sevastopoldakı bazasını dağıtmaq lazımdır. Bu, Rusiyanın yarımadanın taleyi ilə bağlı danışıqlar masasına əyləşməsi üçün ilkin şərtlər yaradacaq”.
Bunu ukraynalı hərbi ekspert, polkovnik Aleksey Melnik deyib.
Ekspert Ukraynanın bu danışıqlarda əlverişli kompromislər axtaracağına diqqət çəkib.
Melnikin fikrincə, bunun üçün Rusiyadan Krıma hərbi avadanlıqların daşınması və canlı qüvvələrin göndərilməsinin önünü kəsmək lazımdır.
Melnikin iddiasına görə, bu halda Kreml danışıqlara getməyə məcbur olacaq:
“Bu durumda Rusiyanın Ukrayna ilə danışıqlar aparmaqdan başqa çıxış yolu qalmayacaq”.
Polkovnik bildirib ki, Krım artıq toxunulmaz ərazi deyil, Ukrayna ordusu ora girə bilər: “Bütün bunları nəzərə alan Rusiya yarımadanın müdafiəsinə hazırlaşır”.

Tehsil-press.az



Oxşar xəbərlər