Rusiyadan İsraillə Fələstinə yeni təklif

Rusiyadan İsraillə Fələstinə yeni təklif “Rusiya İsrail və Fələstinin müzakirələrinə ev sahibliyi etməyə hazırdır”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib.
O, Fələstin və İsraildəki mülki insanların ölümünü qınayaraq, atəşkəsin prioritet olmasının zəruriliyini ifadə edib:
“İsraillə ərəb ölkələri arasındakı normallaşma böhranın həlli üçün kifayət etmir. Gərginliyin səbəblərindən biri birbaşa görüşlərin əskikliyidir. Rusiya İsrail və Fələstin arasında birbaşa müzakirələrə ev sahibliyi edə bilər”.

Tehsil-press.az



Oxşar xəbərlər