Fələstin və Türkiyədən Trampın planına sərt - Reaksiya

Fələstin və Türkiyədən Trampın planına sərt - Reaksiya Fələstin Prezidenti Mahmud Abbas ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə hazırladığı və “Əsrin sövdələşməsi” adlandırdığı razılaşmaya sərt reaksiya verib.
Abbas bu planı rədd etdiklərini və min dəfə “yox” dediklərini bildirib:
“Bu plana min dəfə yox deyirik. Bu sazişi özləri yaradıb, indi də tətbiq etmək istəyirlər. Bu plan qətiyyən həyata keçməyəcək. Biz bunu qəbul etmirik. Bizi dinləyin dedilər. Qüds əlimizdən gedəcəksə, nəyi dinləyək?! Heç kəs Qüdssüz bir dövləti qəbul etməz”.
Türkiyə Xarici İşlər Nazirliyi də Trampın bu planına qarşı sərt mövqe göstərib:
“ABŞ-ın guya sülh planı “ölü doğuldu”. Fələstin xalqı və torpaqları pulla satın alınmaz. Daim qardaş Fələstin xalqının yanında olacağıq. Fələstin torpaqlarında müstəqil Fələstin dövləti üçün çalışacağıq. Fələstinin qəbul etməyəcəyi heç bir planı dəstəkləməyəcəyik”.
Dışişleri Bakanlığı "İsrail'in işgal ve zulmünü meşrulaştırmaya yönelik adımlara izin vermeyeceğiz" dedi.

Tehsil-press.az

Oxşar xəbərlər