İran Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami bildirib ki, İran nüvə enerjisi sahəsində əldə etdiyi təcrübə və nailiyyətləri Türkiyə ilə bölüşməyə hazırdır.
Türkiyənin Tehrandakı səfiri Hicabi Kırlıl İran Atom Enerjisi İdarəsinin sədri Məhəmməd İslami ilə görüşüb. İran və Türkiyə arasında nüvə enerjisi sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələrin müzakirə edildiyi görüşdə İran Atom Enerjisi Agentliyinin prezidenti İslami İranın nüvə enerjisi sahəsində əldə etdiyi təcrübə və nailiyyətləri Türkiyə ilə bölüşməyə hazır olduğunu bildirib. İslami deyib: “İki ölkənin keçmiş təcrübələrini nəzərə alaraq, İran radiofarmasevtikalarının Türkiyəyə ixracı sahəsində əməkdaşlığın yenilənməsini gözləyirik. Düşmənlər əlaqələrimizi korlamağa çalışır”
Türkiyə ilə İran arasındakı əlaqələrin qarşılıqlı dostluq və səmimiyyət üzərində qurulduğunu qeyd edən İslami, “Biz qətiyyət və qarşılıqlı əməkdaşlıqla səmimi əlaqələr qura bilsək də, düşmənlər əlaqələrimizə xələl gətirməyə çalışırlar. Müxtəlif sahələrdə birgə əməkdaşlığın davamlı olması iki ölkə arasında münasibətləri daha da möhkəm və əzmkar edəcək”.
İran və Türkiyənin mədəni və tarixi bağlara malik olduğunu deyən səfir Hicabi Kırlıl iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb. Türkiyənin müxtəlif ölkələrin sülhməramlı nüvə enerjisi səylərini dəstəklədiyini qeyd edən səfir Kırlıl, "Bu istiqamətdə İranın dinc nüvə enerjisi haqqını dəstəkləyirik və İrana qarşı birtərəfli sanksiyaları beynəlxalq ictimaiyyət və region üçün zərərli görürük" deyə bildirib.
Tehsil-press.az