Həmkarları Natəvan Babayevanı andı

Həmkarları Natəvan Babayevanı andı Ötən həftə dünyasını dəyişən tanınmış telejurnalist Natəvan Babayevanın ölümündən 7 gün ötür.
Mərhum jurnalistin Təzəpir Məscidinin mərasim evində təşkil olunan yas mərasimində ailə üzvləri, yaxınları ilə yanaşı media nümayəndələri, həmkarları da iştirak ediblər, onu ən xoş xatirələrlə anıblar.
Qeyd edək ki, bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən Natəvan Babayeva iyulun 20-si vəfat edib və doğulduğu Salyan rayonunun Parça Xələc kənd qəbiristanlığında dəfn olunub.
Xatırladaq ki, 1977-ci ildə anadan olan N.Babayeva BDU-nun jurnalistika fakültəsini bitirib. Uzun illər ANS-də, 2016-cı ilin sonlarından isə AzTV-də aparıcı kimi fəaliyyət göstərib.

Tehsil-press.az


Oxşar xəbərlər