Rusiya son gündə 500-ə yaxın hərbçi itirdi

Rusiya son gündə 500-ə yaxın hərbçi itirdi “Ukrayna ordusu ötən gün ərzində Rusiya ordusunun daha 480 hərbçisini məhv edib”.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, müharibənin başlanğıcından bu günə kimi Rusiya təxminən 245 700 canlı qüvvəsini itirib.
Vurğulanıb ki, müharibənin başlandığı 24 fevral 2022-ci ildən bu günə kimi Rusiya ordusunun ümumi döyüş itkiləri belədir: şəxsi heyət - təxminən 245 700 nəfər; tanklar – 4 205 ( son gündə daha 14 tank) ədəd; zirehli döyüş maşınları – 8 178 (+11) ədəd; artilleriya sistemləri – 4 795 (+9) ədəd; MLRS (reaktiv yaylım atəş sistemləri) - 698 (+0) ədəd; hava hücumundan müdafiə sistemləri - 459 (+1) ədəd; təyyarə - 315 ədəd; helikopterlər - 311 ədəd; PUA-lar - 4011 (+4) ədəd; qanadlı raketlər – 1 347 ədəd.

Tehsil-press.az



Oxşar xəbərlər