“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın növbəti iştirakçıları müəyyən olunub.
2023-2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticələri üzrə 200 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramı iştirakçısı adını qazanıb.
Proqram iştirakçıları sırasında cari ildə beynəlxalq reytinq sistemlərində yalnız universitetlər üzrə ilk onluqda yer almış ali təhsil müəssisələri üzrə 5 nəfər Harvard Universiteti, 1 nəfər Massaçusets Texnologiya İnstitutu, 2 nəfər Yel Universiteti, 6 nəfər London İmperial Kolleci, 5 nəfər London Universitet Kolleci və 1 nəfər Sinqapur Milli Universitetinə qəbul olub.
Qeyd edək ki, iyulun 14-də 2023-2024-cü tədris ili üzrə Dövlət Proqramı iştirakçısı adını qazanmış ilkin 134 nəfərin siyahısı barədə ictimaiyyətə təqdim edilib.
Dövlət Proqramının illik hədəf göstəricisində 400 nəfər Azərbaycan Respublikası vətəndaşının xarici universitetlərdə ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil almasının nəzərdə tutulduğunu və cari il üzrə kvotada mövcud imkanların olduğunu nəzərə alaraq, müəyyən çatışmazlıqlar səbəbindən ərizəsi qəbul edilməyən namizədlərə sözügedən halları aradan qaldırmaqla müraciətlərini tamamlamaları üçün avqustun 7-dən 11-dək yenidən sənəd qəbulu üçün şərait yaradılacaq. Nəzərə alınmalıdır ki, gec təqdim edilmiş müraciətlər üzrə Dövlət Proqramı iştirakçısı adını qazanacaq şəxslərin təhsilinin maliyyələşdirilməsi ona müvafiq müddətdə həyata keçiriləcək.
Tehsil-press.az