
Bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Dövlət satınalmaları haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb.
Yuxarıda qeyd olunan satınalmalara aşağıdakılar daxildir:
- kağız və metal pul nişanlarının, o cümlədən yubiley və xatirə pul nişanlarının konsepsiyasının, dizaynının, mühafizə elementlərinin və digər texniki spesifikasiyalarının hazırlanması, istehsalı, daşınması, saxlanılması, sığortalanması, istehsal prosesinin auditinin keçirilməsi və keyfiyyət ekspertizasının aparılması ilə bağlı satınalmalar;
- beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanılması və idarə edilməsi ilə bağlı satınalmalar;
- nağd xarici valyutanın alınması və daşınması;
- nəzarət subyektlərinə münasibətdə nəzarət, o cümlədən rezolyusiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı satınalmalar.
Tehsil-press.az