Azərbaycan prezidentinin yeni səlahiyyəti müəyyənləşib.
Bu, “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında “ Azərbaycan prezidentinin fərmanında əksini tapıb.
Beləliklə, bundan sonra Azərbaycan Respublikası Prezidentinin aktları ilə dövlət əmlakına münasibətdə sərəncam vermək hüququnun həyata keçirilməsi, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, dövlət müəssisələrinin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması ilə bağlı digər hallar nəzərdə tutula bilər.
Müvafiq olaraq Azərbaycan prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” fərmanında da dəyişikliklər edilib.
Tehsil-press.az