Nazirlik: Hər məktəb dörd geyim formasından birini seçməlidir

Nazirlik: Hər məktəb dörd geyim formasından birini seçməlidir Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumtəhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 geyim formasından birinin seçilməsi nəzərdə tutulur.
Ötən tədris ilində hər bir ümumtəhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib. Valideynlər övladlarının təhsil aldığı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər.
Valideynlərin yeni tədris ilinə hazırlıq məqsədilə məktəbli formalarını ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən satış məntəqələrindən əvvəlcədən əldə etmələri tövsiyə olunur.

Tehsil-press.az


Oxşar xəbərlər