Yeni tədris ilində 165.780 şagird birinci sinifdə təhsil alacaq

Yeni tədris ilində 165.780 şagird birinci sinifdə təhsil alacaq Yeni tədris ilində ümumtəhsil müəssisələrində ümumilikdə 1.592.317 şagirdin təhsil alacağı proqnozlaşdırılır. 165.780 şagird isə birinci sinifdə təhsil alacaq.
Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 4.053 nəfər müəllim adını qazanaraq işə qəbul olunub.
Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumtəhsil müəssisələrinin təmir və tikintisi davam etdirilir. Hazırda ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. 2018-ci ildə respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək. Ümumilikdə Bakı şəhərində və ölkənin 54 rayonunda 193 obyektdə işlər aparılır.
2018-2019-cu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6. 726. 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.
Təhsil nazirinin əmrinə əsasən, ümumtəhsil müəssisələrində 2018-2019-cu tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri - müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər