2022-ci ildə təhsil sahəsində nələr dəyişdi?

2022-ci ildə təhsil sahəsində nələr dəyişdi? 2022-2023-cü tədris ilində təhsil sahəsində də bir sıra dəyişikliklər baş verib.
Il ərzində baş verən dəyişiklikləri təqdim edirik:
2022-2023-cü tədris ilində 48 780 nəfər tələbə adını qazanıb. Bu ötən tədris ili ilə müqayisədə 11,3 faiz çoxdur. Ötən tədris ilində bu rəqəm 43 828 nəfər təşkil edib.
Ümumilikdə ölkə üzrə 4 331 təhsil müəssisəsinin Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və internetə çıxışı təmin edilib. Ötən il bu rəqəm 3 790 təhsil müəssisəsi təşkil edib.
2022-2023-cü tədris ilinin sonunadək məktəblərə əlavə 43 350 kompüterin paylanılması planlaşdırılır. 2021-ci təqvim ilində isə 20 000 kompüter paylanılmışdı.
Azərbaycan məktəbliləri beynəlxalq olimpiada və müsabiqələrdən ümumilikdə 72 medal əldə ediblər. 2021-ci ildə bu rəqəm 55 medal təşkil edib.
2022-ci ildə “Rəqəmsal bacarıqlar” layihəsi 48 şəhər və rayonda yerləşən 418 məktəb üzrə 300 min şagirdi əhatə edib. Ötən il 250 məktəbdə tədris alan 190 000-dən çox şagirdi əhatə edib.
2022-ci ildə STEAM layihəsi 318 ümumtəhsil məktəb və 19 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə 135 000-ə yaxın şagird STEAM tədrisinə cəlb edilib. 2021-ci ildə isə 302 ümumtəhsil məktəb və 10 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə 91000-ə yaxın şagird STEAM tədrisinə cəlb edilib.
2022-ci təqvim ilində müəllimlərin işə qəbulu üçün müsabiqə üzrə 13 280 vakant yer elan edilib. Ötən il bu rəqəm 12 154 təşkil edib.
1098 nəfər şəhid və hərbçi ailə üzvü, qazi, müharibə iştirakçısı Elm və Təhsil Nazirliyinə tabe müəssisələrdə işlə təmin olunub.
2022-ci ildə peşə təhsilinə tələbə qəbulu üçün 93 500 müraciət daxil olub, 19 043 nəfər tələbə adını qazanıb. Ötən illə müqayisədə qəbul olunan şəxslərin sayı 14% artıb. Ötən il 16 594 nəfər tələbə adını qazanıb.
2022-2023-cü tədris ilində 5 regionda fəaliyyət göstərən 8 peşə təhsili müəssisəsində 17 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və 820 nəfər tələbə adını qazanıb. Hazırda respublika üzrə 1 466 tələbə yüksək texniki peşə təhsili səviyyəsində təhsil alır.
2022-2023-cü tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 110 ölkədən 8 900-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır. Bu da ötən ilə (7 332 nəfər) nisbətdə 20%, 2015/16-cı tədris ilinə (4 326 nəfər) nisbətdə isə 103% artım deməkdir.
2022-2023-cü tədris ilində Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində ümumilikdə 211 tələbə dünyanın 7 müxtəlif ölkəsinə aid 44 ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb. 2021-2022-ci tədris ilində isə ümumilikdə 200 nəfərə yaxın tələbə dünyanın 6 müxtəlif ölkəsində 41 ali təhsil müəssisəsində xaricdə təhsil almaq hüququ qazanmışdı.
2022-ci ildə təhsil tələbə kreditindən 10 000-dən çox tələbə yararlanıb.
2022-ci ildə 23 yeni məktəb və 30 modul tipli məktəb istifadəyə verilib. 682 məktəb cari, 87 məktəb əsaslı təmir olunub.
Cari tədris ilində 2555 tələbə SABAH qruplarında bakalavr, 782 tələbə isə magistr təhsili alır.
2022-ci ildə peşə təhsili müəssisələrinə verilmiş 1150 kompüter verilib.
2022-ci ildə 17 peşə təhsili müəssisəsi və 9291 tələbə yüksək sürətli fiberoptik internetlə təmin edilib.

Tehsil-press.az

Oxşar xəbərlər