Leverkuzen “Bayer”i baş məşqçi Xabi Alonso ilə müqavilə yeniləyib. Tərəflər müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atıb. Alonso 2022-ci ilin oktyabrından indiki postundadır. Ötən mövsüm ispaniyalı mütəxəssisin rəhbərliyi altında Avropa Liqasının yarımfinalına qədər irəliləyən leverkuzenlilər Almaniya çempionatında 6-cı yeri tutub.