”Çelsi”nin futbolçusu Bakıda rekorda imza atıb

”Çelsi”nin futbolçusu Bakıda rekorda imza atıb “Çelsi” klubunun hücumçusu Oliviye Jiru UEFA Avropa Liqasının Bakıda təşkil olunan final oyununda rekorda imza atıb.
32 yaşlı fransalı futbolçu “Arsenal”a qarşı keçirilən görüşün 49-cu dəqiqəsində rəqib qapısına yol tapıb və bu, onun cari mövsümdə 11-ci qolu olub. Bu göstərici ilə O. Jiru bir avrokubok mövsümündə ən çox qol vuran fransız futbolçu adını qazanıb.
Beləliklə, o, “Nyukasl”ın əfsanəsi Alan Şirerin UEFA Kubokunun 2004/05 mövsümündə 11 qol rekordunu təkrarlayıb.
Qeyd edək ki, Bakıda təşkil olunan görüşdə “Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qalibi olub.

Tehsil-press.az

Oxşar xəbərlər