Kanada 2026-cı ilə qədər Ukrayna ordusuna təlim keçəcək

Kanada 2026-cı ilə qədər Ukrayna ordusuna təlim keçəcək Kanadalı təlimatçılar “Birləşdirici” əməliyyat çərçivəsində Ukrayna hərbçilərinin təlimini 2026-cı ilə qədər davam etdirəcəklər.
Bu barədə Kanadanın Baş naziri Castin Trüdonun Kiyevə səfərindən sonra mətbuat xidməti məlumat yayıb.
"Birləşdirici” əməliyyat 2026-cı ilə qədər uzadılacaq ki, bu da Ukraynanın təcili təlim ehtiyaclarına cavab vermək üçün daha böyük imkanlar verəcək", - məlumatda qeyd edilib.
Bu missiya çərçivəsində 2015-2023-cü illər ərzində kanadalı təlimatçılar 36 mindən çox ukraynalı hərbçiyə təlim keçiblər.
Qeyd edək ki, Kanadanın Baş naziri Castin Trüdo iyunun 10-da Kiyevə gözlənilməyən səfər edib. Bu, Trüdonun 2022-ci ilin fevralından bəri Ukraynaya ikinci səfəridir. Əvvəlki səfər 2022-ci ilin mayında olmuşdu.

Tehsil-press.az



Oxşar xəbərlər