Ayı sərinləmək üçün hovuza girib

Ayı sərinləmək üçün hovuza girib ABŞ-da həddindən artıq istidən boğulan ayı evin hovuzuna girərək sərinləyib. ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərinin Burbank rayonunda ayı həddindən artıq istidən boğularaq soyuq hovuzda sərinləyib. Ölkədə təsirli olan həddindən artıq isti heyvanı buna məcbur edib. Hovuzda sərinləyən ayının rahat nəfəs aldığı kadrlardan görünür. Xəbəri alan polis dərhal hadisə yerinə gəlib. Onlar ayını evin bağçasındakı divarın üstünə uzanan ağacda tapıblar.
Burbank Polis Departamenti sakinlərə xəbərdarlıq edib ki, ayıların evlərə yaxınlaşa bilməməsi üçün zibil və yeməklərini bağlı yerlərdə saxlasınlar.

Tehsil-press.az



Oxşar xəbərlər