Çində isti dalğası - 4 nəfər öldü

Çində isti dalğası - 4 nəfər öldü Çində təsirli olan isti dalğası can itkisinə səbəb olub.
Ölkənin şimalında yerləşən Hebey əyalətində həddindən artıq istilər səbəbindən 2 nəfər ölüb.
Əyalətdə həddindən artıq istilərə qarşı “qırmızı xəbərdarlıq” verilib, bəzi şəhərlərdə temperaturun 40-43 dərəcəyə çata biləcəyi bildirilib.
Bu il Hebeydə müşahidə olunan ən yüksək temperatur Şitszyuanq şəhərinin Pinqşan rayonunda 43,7 dərəcə Selsi olaraq qeydə alınıb.
Çinin paytaxtı Pekində də iki nəfər istidən ölüb. Pekində 9 gün ərzində 35 dərəcədən yuxarı temperatur qeydə alınıb.

Tehsil-press.az



Oxşar xəbərlər