Dünya 6-cı “kütləvi qırılma” ilə üz-üzədir. Mütəxəssislər xəbərdarlıq ediblər ki, bu əsrin sonuna qədər yer üzündəki bütün bitki və heyvan növlərinin 27 faizi yox olacaq.
Bunun ən böyük səbəbi iqlim dəyişikliyi və həddindən artıq istehlakdır.
Qlobal istiləşmə, həddindən artıq istehlak, kənd təsərrüfatı torpaqlarından sui-istifadə, çirklənmə və bioloji işğal... Bütün bunlar qlobal biomüxtəlifliyi təhdid edir.
Bioloji müxtəlifliyin azalması növlərin nəsli kəsilməsini sürətləndirir.
Avstraliya və Avropa alimləri “Növün 6-cı kütləvi yoxa çıxması mərhələsi artıq başlayıb” xəbərdarlığını edib.
2050-ci ilə qədər dünyadakı bütün bitki və heyvanların 10 faizinin, 2100-cü ildə isə 27 faizinin nəsli kəsiləcəyi bildirilir.
Mütəxəssislərin fikrincə, balıqların kütləvi şəkildə tələf olması qlobal nəslin tükənməsinin ilk əlamətlərindən biridir.
Bu gün doğulan uşaqlar 70 yaşına çatdıqda bu nəsli kəsilmə prosesinin şahidi olacaqlar.
Tehsil-press.az