Ruhani iranlıları koronavirusdan qorxmamağa çağırdı

Ruhani iranlıları koronavirusdan qorxmamağa çağırdı İran xalqı COVID-19 koronavirusundan qorxmamalıdır, amma, eyni zamanda, o, lazımi dərəcədə ehtiyatlı olmalıdır.
Bunu İran Prezidenti Həsən Ruhani deyib.
“Həddindən artıq qorxu, həddindən artıq təlaş, həddindən artıq narahatlıq koronavirusdan daha pisdir, onlar insanların həyatını məhv edə bilər və insanların rahatlığını ala bilər”, - Prezident bildirib.
Qeyd edək ki, son sutka ərzində İranda 71 koronaviruslu xəstə vəfat edib. Bu, ötən günlərlə müqayisədə təxminən 20 dəfə azdır.
Ötən həftə İranda koronavirus səbəbindən tətbiq edilən məhdudiyyətlər aradan qaldırılmağa başlayıb – mağazalar, bazarlar və parklar açılıb, həmçinin şəhərdaxili avtomagistrallarda hərəkət bərpa olunub.

Tehsil-press.az

Oxşar xəbərlər