Bu ölkədə teleqram bloklandı

Bu ölkədə teleqram bloklandı İraq hakimiyyəti ölkədə teleqram messencerinin bloklandığını rəsmən elan edib.
Bu barədə İraqın Rabitə Nazirliyinin bəyanatında deyilir.
“Teleqramın bloklanması ölkənin milli təhlükəsizliyi ilə bağlı səlahiyyətli orqanların göstərişləri əsasında, həmçinin messencer tərəfindən müşahidə olunmayan vətəndaşların şəxsi məlumatlarının qorunması məqsədilə həyata keçirilib”, - bəyanatda bildirilir.
Nazirlik izah edib ki, aidiyyəti orqanlar dəfələrlə idarəedici şirkətdən təhlükəsizliyə və ictimai əmin-amanlığa təhlükə yaradan rəsmi dövlət qurumlarından məlumatların və iraqlıların şəxsi məlumatlarının sızdırılmasına görə məsuliyyət daşıyan platformaların bağlanmasında əməkdaşlıq etməyi tələb edib. Məlumata görə, şirkət bunu etməyib və səlahiyyətlilərin heç bir müraciətinə cavab verməyib.

Tehsil-press.az


Oxşar xəbərlər