Ukrayna Nazirlər Kabineti koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə 18 mart saat 14:00-dan etibarən ölkədə metro, qatar, şəhərlərarası və bölgələrarası avtobus və avia daşımalarının fəaliyyətinin dayandırılmasına dair qərar qəbul edib. Bu barədə İnfrastruktur naziri Vladislav Krikli Teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, qəbul edilən qərara əsasən, şəhərdaxili daşımalar sərnişinlərin sayı 10-a qədər olmaq şərti ilə taksi, trolleybus, avtobus, tramvay vaqonları ilə həyata keçirilə bilər. Bununla yanaşı, sakinlər şəxsi avtomobillərindən məhdudiyyətsiz istifadə edə bilərlər.
Səhiyyə Nazirliyinin ən son məlumatlarına görə, Ukraynada 7 nəfər koronavirusa yoluxub. Ölkədə koronavirusdan ilk ölüm hadisəsi martın 13-də qeydə alınıb.
Tehsil-press.az