İraq hökuməti İsveçin Bağdaddakı səfirini ölkədən çıxarmaq və respublikanın Stokholmdakı müvəqqəti işlər vəkilini geri çağırmaq qərarına gəlib.
Bu barədə İraqın Baş naziri Məhəmməd əs-Sudani məmurlarla görüşdə deyib.
Məlumata görə, İraq Nazirlər Kabinetinin rəhbəri Xarici İşlər Nazirliyindən İsveç səfiri Jessika Svardströmün İraq ərazisini tərk etməsini və İraqın Stokholmdakı müvəqqəti işlər vəkilinin vətəninə qayıtmasını tələb edib.
Baş nazirin İraq Xarici İşlər Nazirliyinə göndərdiyi sərəncamda qeyd olunur ki, hökumət İsveç səfirindən İraq ərazisini tərk etməyi tələb edir.
Əs-Sudaninin məktubunda yer alan bu tədbir İsveç hökumətinin Quranı yandırmaq, İslam ziyarətgahlarını təhqir etmək və İraqın Dövlət Bayrağını yandırmağa dəfələrlə verdiyi icazələrə cavab olaraq qəbul edilib.
Xatırladaq ki, İsveç hökuməti iyulun 20-də Stokholmda təşkilatçıların Quranın bir nüsxəsini və İraqın Dövlət Bayrağını yandırmaq niyyətində olduqları aksiyanın keçirilməsinə icazə verib.
Tehsil-press.az