KİV: Almaniyanın müdafiə konserni Ukraynaya 50 ədədə “Leopard 1” tankı göndərəcək

KİV: Almaniyanın müdafiə konserni Ukraynaya 50 ədədə “Leopard 1” tankı göndərəcək Almaniyanın “Rheinmetall” müdafiə konserni Belçikanın “OIP Land Systems” şirkətindən 50 “Leopard 1” tankı alıb. Hazırda konsernin Düsseldorfdakı müəssisələrində avadanlıq yenidən təchiz olunmalı və sonradan Ukraynaya göndərilməlidir.
Son nəticədə 50 tankdan 30-u Ukraynaya çatdırıla bilər. Əvvəlcə “Rheinmetall” İsveçrənin Ruag müdafiə şirkətindən “Leopard 1” tanklarını Kiyevə təqdim etmək üçün almağı planlaşdırırdı. İsveçrə neytrallıq qanununa görə ixrac icazəsi vermədiyi üçün “Rheinmetall” alternativ tədarük mənbələri axtarırdı.
Öz növbəsində, Belçikanın “Business AM” radiostansiyası öz mənbələrinə istinadən bildirib ki, Kiyev Belçika ordusu tərəfindən istismardan çıxarılan və adı açıqlanmayan “üçüncü ölkə” tərəfindən “bazar qiymətlərlə” alınmış 50 “Leopard 1” tankı alacaq. Radiostansiyanın məlumatına görə, tanklar “OIP Land Systems” şirkətinin Tournai şəhərindəki anbarında olub, orada ilkin bərpadan keçib və adı açıqlanmayan bir ölkəyə satılıb.
Məlumata görə, onlar İtaliya və Almaniya üzərindən Ukraynaya çatdırılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər