Almaniya Ukraynaya 700 milyon avroluq dəstək paketi elan edib

Almaniya Ukraynaya 700 milyon avroluq dəstək paketi elan edib Almaniya Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitində Ukrayna silahlı qüvvələrinə yeni 700 milyon avroluq dəstək paketi açıqlayıb. Müdafiə naziri Boris Pistorius bəyan edib ki, paket Ukraynanın prioritetlərinə xidmət edəcək və bu dəstək Ukraynanın davamlılığını gücləndirəcək. Almaniya dəstək paketi çərçivəsində Ukraynaya müxtəlif silahlar və müdafiə sistemləri göndərəcək. Kansler Olaf Şolzun dəstək paketini rəsmən açıqlaması gözlənilir. Almaniya Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitində Ukrayna silahlı qüvvələrinə 700 milyon avroluq yeni dəstək paketi açıqlayıb. Almanya nümayəndəsi yeni bir dəstək paketi hazırladıqlarını ifadə edərək, "Bu gün Ukraynaya dəstək üçün daha bir paket yarada bildiyimiz üçün çox şadam. Paket Ukraynanın prioritetlərinə xidmət edəcək. Hava hücumundan müdafiə, tanklar, artilleriya. Paketin təxminən 700 milyon avrodur dəyəri. Bunu etməklə, biz Ukraynanın davamlılığının gücləndirilməsinə mühüm töhfə veririk” deyə sammitdə bildirib. Alman dəstək paketinin bir hissəsi olaraq 2 Patriot Hava Hücumundan Müdafiə Sistemi batareyası, 40 Marder zirehli döyüş maşını, 25 Leopard 1 döyüş tankı, 5 xilasetmə tankı, 25.000 mərmi, hərtərəfli kəşfiyyat və pilotsuz uçuş aparatı müdafiə paketi, bir Luna pilotsuz uçuş aparatı və bir səhra xəstəxanası. Kansler Olaf Scholz-un ​​bu gün NATO Sammitinin başlanğıcında dəstək paketini rəsmən elan edəcəyi gözlənilir. Bu günə qədər Almaniya Ukraynaya təxminən 3 milyard avroluq silah göndərilməsini təsdiqləyib.

Tehsil-press.az



Oxşar xəbərlər