Yuxumuz necə şirin olsun?

Yuxumuz necə şirin olsun? Qərbi Ontario Universitetinin bir qrup tədqiqatçısı rahat yatmaq üçün bir neçə üsul hazırlayıb.
Kanadalı alimlər əvvəlcə yuxusuzluğun səbəbini araşdırıblar.
Onların fikrincə, yuxusuzluq probleminin ən çox görülən səbəbləri affektiv pozğunluqlar, depressiya, alkoqol, yatmazdan əvvəl həddindən artıq yemək və içmək, yataqdan digər məqsədlər üçün istifadə etməkdir (yazmaq, televizora baxmaq, mobil telefonla məşğul olmaq).
Buna görə mütəxəssislər yatmazdan öncə özünü sakitləşdirməyin vacibliyini vurğulayıblar. Belə ki, həyəcan və problemlərlə birlikdə yatağa uzansanız, rahat yatma ehtimalınız daha aşağı səviyyəyə düşür. Buna görə də, yatmamışdan 10-15 dəqiqə əvvəl gözəl hadisəni xatırlamağa çalışın. Yatmamışdan əvvəl isti duş qəbul etmək də tövsiyə olunur. Bu, gün ərzində yığılıb-qalmış informasiya, təəssürat və emosiyaların da aradan getməsinə səbəb olur. Digər metod isə sakitləşdirici musiqilərə qulaq asmaqdır. Yatmamışdan əvvəl mədənizi lazımsız qidalarla doldurmayın. Çünki orqanizm öz enerjisini tamamlamaq əvəzinə, onu qidanın həzmi yolunda sərf edəcək. Yatmaq üçün xüsusi aksesuarlardan, mayaotu qozası və s. ətirli rahatlaşdırıcı yastıqdan istifadə edə bilərsiz.

Tehsil-press.az



Oxşar xəbərlər