Yuxusuz qalmamaq üçün bunları edin

Yuxusuz qalmamaq üçün bunları edin Bir çox insanlar müxtəlif səbəblərdən yuxusuzluqdan əziyyət çəkir.
Bəs, onun qarşısını almaq üçün nə kimi tədbirlər görmək lazımdır?
Yuxusuzluğa çarə olacaq bir sıra yollar var:
Özünüzü yatmağa məcbur etməyin
Yuxunuz gəlməmiş yatmayın, 15-20 dəqiqə ərzində yataqdan qalxın və yenidən yuxunuz gələndə yatın. Bunu lazım gələrsə, bütün gecə təkrarlayın.
Telefonla yatağa getməyin
Sosial mediadan uzaq qala bilməyənlər mobil telefonları ilə yatağa daxil olurlar. Onların izlədiyi məlumatlar isə həmin şəxslərin psixoloji vəziyyətinə təsir göstərə bilər. Lakin yatarkən beyniniz müxtəlif informasiyalarla dolu olmamalıdır.
Hərəkətsiz qalmayın
Elmi tədqiqatlar müntəzəm idmanın yuxu keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını ortaya qoyur. Odur ki, gün ərzində hərəkətsiz qalmayın, gəzin və idman edin.
Eyni vaxtda yatmağa və oyanmağa çalışın
Yuxu və oyanma vaxtı və hətta gündəlik yemək və məşq vaxtlarını tənzimləmək bioloji saatımızın daha yaxşı işləməsinə kömək edir.
Aç qarına yatmayın və ya həddindən artıq yemək yeməyin
Yatmazdan əvvəl ağır yeməklərdən uzaq durmaq lazımdır.
Yataq otağınızı nəzərdən keçirin
Keyfiyyətli yuxu üçün yatdığınız yerin sakit, sərin, qaranlıq və havalandırılmış olması çox vacibdir.

Tehsil-press.az



Oxşar xəbərlər