İşdə fərdi məlumatlarımızı necə qoruya bilərik?

İşdə fərdi məlumatlarımızı necə qoruya bilərik? Elektron Təhlükəsizlik Xidməti iş yerində fərdi məlumatları qorumaq üçün bəzi məqamlara xüsusi diqqət yetirməyi tövsiyə edir.
Məlumatda deyilir:
1) İş masanızdan ayrılarkən cihazlarınızın ekranını klidləyin;
2) Ehtiyacınız olmayan və fərdi məlumat ehtiva edən kağız sənədləri məhv edərkən onları oxunmayacaq şəkildə kiçik hissələrə ayırın;
3) E-poçt və ya faylları açarkən diqqətli olun. Şübhəli hal olduqda bu barədə qurumun müvafiq şöbəsinə məlumat verin;
4) Yalnız öncədən müəyyən edilmiş məqsəd üçün zəruri olan fərdi məlumatları toplayın;
5) Topladığınız və işlədiyiniz fərdi məlumatları mütəmadi olaraq yeniləyin;
6) Fərdi məlumatlarla bağlı hər hansı insident və ya hüquq pozuntusu baş verdikdə bu barədə rəhbərinizə məlumat verin;
7) İş zamanı istifadə etdiyiniz cihazları etibarlı şifrə ilə qoruyun.

Tehsil-press.az


Oxşar xəbərlər